Ana içeriğe atla

Kayıtlar

Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa - VİDEO

Musa Ələsgərov (tam adı: Musa Əhməd oğlu Ələsgərov; d. 1888-ci il; Xızı kəndi, Bakı quberniyasıRusiya İmperiyası - ö. BakıAzərbaycan SSRSSRİ) — 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (
En son yayınlar

"Şah İsmayıla hücum etmək Türklüyə hücum etmək deməkdir" - Türkiyəli araşdırmaçı - yazar Əli Rza Özdemir

"Şah İsmayıla hücum etmək Türklüyə hücum etmək deməkdir" - Türkiyəli araşdırmaçı - yazar Əli Rza Özdemir
Tarixi şəxsiyyətlərin bu günə baxan yönlərini nümunə götürüb onları ucaltmaq lazımdır... Bunu Karabakh. Today - ə xüsusi açıqlamasında XXI Yüzyıl Türkiyə İnstitutunun elmi məsləhətçisi, ələvilik və etnik kimliklər üzrə mütəxəssis Əli Rza Özdəmir deyib. Əli Rza Özdəmir Şah İsmayılın hakimiyyəti dövründə şiəliyin hamisi olduğu kimi, eyni zamanda Türk mədəniyyətinin ərəb və fars mədəniyyəti altında əzilməsinə icazə verməmiş bir tarixi şəxsiyyət kimi dəyərləndirilməli olduğunu da sözlərinə əlavə edib: "Şah İsmayıl haqqında Azərbaycanda yaşanan müzakirələrlə tanış deyiləm. Mən ümumi prinsiplərə təmas etməklə kifayətlənəcəyəm. Birincisi, tarixi şəxsiyyətləri bu günün dəyərləri ilə yox, yaşadığ dövrlərə baxaraq dəyərləndirmək lazımdır. Çünki bu gün bizə səhvmiş kimi gələn dəyərlər o dövr üçün doğru ola bilər. Bunun kimi bundan 500 il sonra bu günə baxanlar da bizim bir çox …

Müsəlman ermənilər: Geosiyasi oyunların yeni iştirakçıları

Müsəlman ermənilər: Geosiyasi oyunların yeni iştirakçıları 
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin onilliyi ərəfəsində qurumun yeni nəşri – “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı çapdan çıxıb. Teleqraf.com xəbər verir ki, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda v…

Qarabağda başlayıb İstanbulda bitən həyat hekayəsi - Firudin bəy Daryal

Mənbə: http://karabakhmedia.az Azərbaycan xalqının milli mübarizə tarixinin ən şanlı səhifələrindən biri heç şüphəsiz ki, cümhuriyyət dönəmidir. Cümhuriyyət tarixi və cümhuriyyət mühacirlərinin sonrakı məşəqqətli həyatı,xalqımızın azadlığı uğrunda apardıqları mübarizə, 1988-ci ildə xalq hərəkatının başlamasından sonra bir çox tarixçilərin və araşdırmaçıların diqqət mərkəzində olmuşdur.

Uzun illər aparılan araşdırmaların nəticəsi olaraq, mühacirlərin bir qismi haqqında xeyli məlumatlar əldə edilmiş, haqlarında çox danışılıb,xeyli məqalələr və kitablar yazılmışdır. Ancaq bütün bunlara rəğmən nə yazıq ki, cümhuriyyət mühacirlərinin bütününü əhatə edəcək ciddi bir araşdırma aparılmamaışdır. Bu gün araşdırılmayan olduqca çox mühacirimiz vardır ki, onların arasında Türkiyə ordusunda albay və general rütbəsinədək yüksələn Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri də vardır. Onlardan biri də Türkiyə silahlı Qüvvələrində Albay rütbəsinədək yüksəlmiş Firudin bəy Daryaldır.

Firudin bəy Daryal 190…

Nürnberq Andlılar Məhkəməsində iştirak etmiş azərbaycanlı və ya Lev Tostoyun azərbaycanlı qohumu - Ənvər Məmmədov

Zaman, 20 noyabr 1945-ci il.
Məkan, Almaniyanın Nürenberq şəhəri, Andlılar Məhkəməsinin Böyük Zalı...
Burda dünya tarixinin bəlkə də ən böyük və qalmaqallı məhkəmə prosesi gedir. Elə müttəhimlər kürsüsündə əyləşənlərin bəzilərinin adlarını çəkmək kifayət edir:  Herman Qerinqa,  İoaxim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Frits Zaukel, Artur Zeys-İnkvart,  Rudolf Qess, Valter Funk, Erix Reder...
Bu adlar yəqin sizlərə nəsə dedi, artıq. Bəli, bunlar, habelə ələ keçməyən digər nasist liderləri bəşəriyyətə qarşı törətdikləri çoxsaylı cinayətlərə görə ittiham olunurdular. Və sonda layiqli cəzalarını aldılar da. Bu gün, yəni ayın 20-si əsrin məhkəməsi adlanan Nürenberq məhkəməsinin başlanmasından 68 il keçir. Əslində məqsədimiz bu məhkəmədən yazmaq deyil. Nürenberq məhkəməsinin başlaması tarixi ilə bağlı xəbəri oxuyanda diqqətimizi bir məqam çəkdi. Daha doğrusu birad: Ənvər Məmmədov. Özü də SSRİ XİN-in məhkəmədəki xüs…